SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Alman və yapon arxeoloqlar Azıx mağarasında

Alman və yapon arxeoloqlar Azıx mağarasında

  • 20 noyabr 2025, 20:02
Xocavənd

Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası ərazisində tarixi abidələr tətqiq edilir.

Yurd.Media xəbər verir ki, AMEA Arxeologiya və Antroplogiya İnstitutunun məlumatına görə, hazırda Azıx mağarasında Almaniya, Danimarka və Yaponiya beynəlxalq ekspedisiyaları fəaliyyət göstərir.

Bildirilib ki, Azıx mağarasında artıq ikinci ildir ki, Azərbaycan-Almaniya və Azərbaycan-Danimarka beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyət göstərməkdədir:

"Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası ərazisində, xüsusilə də Azıx və Tağlar abidələrində Almaniya, Danimarka və Yaponiya elmi mərkəzləri ilə bağlanmış memorandumlara uyğun müştərək beynəlxalq ekspedisiyalar fəaliyyət göstərir".

Qeyd edək ki, Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşəsində, Xocavənd rayonunun Azıx kəndində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr, çayın müasir yatağından 100-120 metr yüksəklikdə yerləşir. 1960-cı ildən Məmmədəli Hüseynovun başçılığı ilə Paleolit arxeoloji ekspedisiyası Azıx mağarasında qazıntılara başlayıb.

Prime Leasing
SPE Annual Caspian