Ağdərə rayonunun Vəngli kəndinə 44 nəfərdən ibarət daha 10 ailə köçüb.
Yurd.Media xəbər verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları sakinlərə bərpa olunmuş mənzillərin açarlarını təqdim ediblər.
Vəngli kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla Vəngli kəndinə qayıdan ailələrin ümumi sayı 137-yə (532 nəfər) çatacaq.