SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Ağdamda əkin sahəsində yanğın törədən şəxs saxlanılıb

Ağdamda əkin sahəsində yanğın törədən şəxs saxlanılıb

  • 23 avqust 2025, 19:18

Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yurd.Medi-ya bildirilib ki, araşdırmalar nəticəsində yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub.

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot və kol-kos yanıb. Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Prime Leasing