SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
80 kub metrdən çox yağış suyu ərazidən təmizləndi - FOTO

80 kub metrdən çox yağış suyu ərazidən təmizləndi - FOTO

Bakı

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsi inşa olunanda onun yerləşdiyi ərazidə yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan drenaj sistemi qurulmayıb.

Yurd.Media-nın məlumatına görə, bu səbəbdən sahibkarlıq subyektinin ərazisində intensiv yağıntılar zamanı yığılan su axıb gedə bilmir. Belə hallarda drenaj sistemi qurulamayan ərazilərdə müvafiq rayon sukanal idarəsi xidmət göstərməkdə çətinlik çəkir.

Buna baxmayaraq, bu gün qeyd olunan ərazidən yağış sularının kənarlaşdırılması üçün Xidmətin texnikaları cəlb edilib, 80 kub metrdən çox su ərazidən təmizlənib.