SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Zahid Oruc: 44 günlük müharibə həm də Minsk qrupunun təsirinin ləğvinə hesablanmışdı

Zahid Oruc: "44 günlük müharibə həm də Minsk qrupunun təsirinin ləğvinə hesablanmışdı"

ATƏT-in Minsk qrupunun ləğvi tarixi, epoxal və qlobal bir hadisədir.

Bunu Yurd.Media-ya müsahibəsində Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc bildirib.

Onun sözlərinə görə, 1992-ci ildə Helsinkidə yaradılmış ATƏT-in Minsk qrupunun tərkibindəki 11 dövlətin əksəriyyətinin bizim regionla heç bir əlaqəsi yoxdur:

"Məqsədləri bölgənin parçalanması və idarə olunmasına cəhd idi. Son 25-30 ildə aparılan danışıqlar, vasitəçilik missiyası mahiyyət etibarilə Qafqaza sahib olmaq uğrunda savaş olub. Qarabağ adından yalnız istifadə olunub".

Z.Oruc vurğulayıb ki, Prezident İlham Əliyevin 2020-ci ildə başlatdığı müharibədə məqsəd yalnız torpağın işğaldan azad edilməsi deyil,  eyni zamanda bölgədə bu monopoliyanı aradan qaldırmağa hesablanmış addım olub:

"44 günlük müharibədə qalib gəlməklə ənənəvi güc mərkəzlərinin təsiri tamamilə dağıdıldı. İndi "Minsk qrupu" adı 95% sıfırlanıb. Ləğvin son mərhələsi - hüquqi-rəsmi prosedura keçid mərhələsi gedir".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Çinə səfəri və 26 ölkənin də iştirakı ilə Dünyanın yenidən bölüşdürülməsi fonunda Minsk qrupunun ləğvi son 50 ildə baş vermiş böyük hadisədir:

"Çünki, Qrupun həmsədrləri heç vaxt öz istəkləri ilə bu regiondan əl çəkməzdilər".

Prime Leasing