2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib.
Yurd.Media xəbər verir ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 00:01-də Naxçıvan şəhər sakini Gülməmmədovlar ailəsində oğlan uşağı dünyaya göz açıb.
Qeysər kəsiyi əməliyyatı yolu ilə dünyaya gələn və çəkisi 2,6 kq olan uşaq tam sağlamdır.
Ailədən bildirilib ki, uşağın adı Rəsul olacaq.
TƏBİB-in nəzdindəki tibb müəssisəsində isə 2026-cı ilin ilk körpəsi Şamaxıda dünyaya gəlib.
TƏBİB-dən Yurd.Media-ya bildriilib ki, 01.01.2026-cı il tarixində saat 00:40 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpənin cinsi qız, çəkisi 3 kq. 200 qramdır.

Doğuş təbii yolla baş tutub. Hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.