SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
İki gündə kartlardan 5 mindən çox pul oğurlanıb

İki gündə kartlardan 5 mindən çox pul oğurlanıb

  • 02 iyun 2025, 11:27

Mayın 31-də və iyunun 1-də DİN-ə daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 1351, 1323, 1000, 900, 500, 450 və 55 manat məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib. 

Yurd.Media xəbər verir ki, bu barədə DİN-dən bildirilib.  

"Daxili İşlər Nazirliyi vətəndaşları naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı ehtiyatlı olmağa çağırır. Zərərçəkmiş şəxslər naməlum şəxslərə bank kartının nömrəsi, kartın istifadə müddəti, CVV/CVC kodu (kartın arxa hissəsində yerləşən 3 rəqəmli təhlükəsizlik kodu), mobil nömrəyə SMS vasitəsilə göndərilən birdəfəlik OTP kodlarını veriblər. Bir daha xatırladırıq ki, bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin, danışıq və yazışma aparmayın – dərhal blok edin", -məlumatda deyilir.

Prime Leasing