SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Yurd.Media əməkdaşının filmi 16-cı Bakı Beynəlxalq Film Festivalında

Yurd.Media əməkdaşının filmi 16-cı Bakı Beynəlxalq Film Festivalında

Bakı 5–9 dekabr tarixlərində beynəlxalq film festivalı keçiriləcək.

Yurd.Media xəbər verir ki, 16-cı Bakı Beynəlxalq Film Festivalında iştirakçılar üç əsas nominasiya üzrə — yerli, Asiya istedadları və beynəlxalq qısametrajlı film müsabiqələrində mübarizə aparacaqlar.

Yerli müsabiqə çərçivəsində ümumilikdə 22 film – 11 bədii, 6 sənədli və 5 tələbə filmi təqdim olunacaq.

Asiya istedadları müsabiqəsində 10 film (1 Cənubi Koreya, 2 İran, 3 Türkiyə, 1 Çin, 1 Fələstin, 1 Qırğızıstan və 1 Qazaxıstan istehsalı) yarışacaq.

Beynəlxalq qısametrajlı film müsabiqəsində isə 26 film – 15 bədii, 5 sənədli və 6 animasiya filmi qalibiyyət uğrunda mübarizə aparacaq.

Bundan əlavə, 3 yerli film festivalın “Zəfər” adlı müsabiqədənkənar proqramında nümayiş olunacaq.

Qeyd edək ki, festivalın yerli müsabiqəsində Azərbaycan Fotoqrafları Birliyinin nəzarət-təftiş komissiyasının üzvü, Yurd.Media-nın fotoqrafı Sadıq Əliverdibəylinin operatoru və ssenari müəlliflərindən biri olduğu “Fraşa – Kriti” sənədli filmi də iştirak edəcək.

Filmin rejissoru, montaj rejissoru və ssenari müəllifi Araz Quliyev, rejissor assistenti Sevinc Mahmudova, bəstəkarı Əli Cəfərzadə, rəng korreksiyaçısı Etka Kızıltepe, icraçı prodüseri isə Leyla Şahdır.

Ekran işi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları olan gənc kinematoqrafçıların diplom layihəsi kimi ərsəyə gətirilib. Filmin yaradıcı heyətinin əksəriyyəti də məhz bu universitetin tələbə və məzunlarından ibarətdir.

Prime Leasing
SPE Annual Caspian