SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Beynəlxalq müsabiqələr laureatı Röya Əliyevanın İLK SOLO KONSERTİ - FOTO

Beynəlxalq müsabiqələr laureatı Röya Əliyevanın İLK SOLO KONSERTİ - FOTO

  • 25 fevral 2026, 20:56
Bakı

Milli İncəsənət Muzeyində Respublika və beynəlxalq müsabiqələr laureatı Röya Əliyevanın "Röyaların Röyası" adlı konserti baş tutub.

Yurd.Media xəbər verir ki, Muzeyin İtalyan zalında keçirilən ilk solo konsertdə seçilmiş klassik və retro əsərlər ifa edilib.

Qeyd edək ki, 25 fevral 2005-ci ildə Bakı şəhərində anadan olan Röya Əliyeva Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında təhsil illərində skripka və fortepiano üzrə çoxsaylı konsert proqramlarında çıxışlar edib, Gimnaziyanın Kamera Orkestrinin birinci skripka ifaçısı, həmçinin vokal və xor kollektivinin üzvü olub. Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və digər ölkələrdə keçirilmiş nüfuzlu beynəlxalq müsabiqələrdə skripka və vokal ifaçılığı üzrə yüksək mükafatlara, o cümlədən Qran Pri və birinciliklərə layiq görülüb. Onun ifaları bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərində keçirilən rəsmi və mədəni tədbirlərdə də səslənib.

2025-ci ildən Azərbaycan Respublikasının Xalq Artisti Fidan Hacıyevanın vokal musiqi məktəbində vokal sənəti üzrə Azərbaycan Respublikasının Əməkdar artisti Fərid Əliyevdən dərs alır. Elə həmin ildə Fidan Hacıyevanın təşəbbüsü ilə keçirilən II Beynəlxalq Opera Festivalında iştirak edərək, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında Telli obrazı ilə uğurlu səhnə çıxışı edib.

Hazırda Röya Əliyeva Bakı Musiqi Akademiyasının instrumental ifaçılıq (violin) ixtisası üzrə IV kurs tələbəsidir. Eyni zamanda Fidan Hacıyevanın vokal musiqi məktəbində Azərbaycan və ingilis dillərində violin ixtisasını tədris edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları