SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Yağış suları Bakıda tarixi evi uçurub

Yağış suları Bakıda tarixi evi uçurub

Bakı

Bakıda yağan intensiv yağışlar nəticəsində Əmircan kəndində tarixi evin bir hissəsi uçub.

Yurd.Media xəbər verir ki, tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu bu evin bir hissəsi yağış sularının təsirindən yararsız vəziyyətə düşüb və hər an dağılmaq təhlükəsi ilə üz-üzədir.

Kənd sakinləri bildirir ki, evin alt qatının daşları artıq çökərək küçəyə tökülüb. Onlar evin növbəti günlərdə tamamilə uçacağından və böyük tarixi mənzilin yox olacağından qorxurlar.

Qeyd edək ki, Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun tarixində Bakı şəhərinin Əmircan kəndində anadan olub. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa və Balaxanı kəndlərində keçirib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları