Azərbaycanın Xalq artisti Elza İbrahimova və Xalq şairi Fikrət Qocanın adı məktəblərdə əbədiləşdirilir.
Yurd.Media xəbər verir ki, Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adı verilib.
Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə isə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adı verilib.
Nazirlər Kabineti bu barədə qərar verib. Elm və Təhsil Nazirliyi, Ağdaş və Qusar rayon İcra Hakimiyyətlərinə bu Qərardan irəli gələn məsələləri həll etmələri tapşırılıb.