SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Fərda Xudaverdiyev: “Ən birinci insan özü xoşbəxt olmalıdır”

Fərda Xudaverdiyev: “Ən birinci insan özü xoşbəxt olmalıdır”

Sumqayıt

Sumqayıtda yerləşən Kimyaçı Mədəniyyət Sarayının səhnəsində aktyor və komediyaçı Fərda Xudaverdiyev növbəti stand-up proqramı ilə tamaşaçı qarşısına çıxıb.

Maraqla qarşılanan gecədə Fərda Xudaverdiyev gündəlik həyat, ailə münasibətləri, cəmiyyətin aktual problemləri və sosial mövzular ətrafında hazırladığı yumoristik çıxışları ilə zalı güldürməyi bacarıb. Onun canlı improvizasiyaları və tamaşaçılarla qurduğu səmimi ünsiyyət proqramın əsas diqqətçəkən məqamlarından olub.

Tamaşanın pərdə arxasında komediyaçı Yurd.Media-nın suallarını cavablandırıb. Aktyorun "Siz həmişə insanları güldürürsünüz. Maraqlıdır, bəs bu gün özünüz xoşbəxtsinizmi?” sualına cavabı qəti olub: “Əlbəttə ki. Ən birinci insan özü xoşbəxt olmalıdır. Onu öz ruhunda hiss etməlidir. Elə bir şey yoxdur ki, hər gün xoşbəxt olacaqsan və ya hər gün kədərli olacaqsan. Bu, artıq insanın öz əlindədir. Mən, şükürlər olsun, tamaşaçımdan da çox məmnunam, öz həyatımdan da çox məmnunam. Allah hər kəsi məmnun eləsin".

Fərda Xudaverdiyev bildirib ki, insanın daxili rahatlığı və həyatdan məmnunluğu xoşbəxtliyin əsas şərtlərindəndir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları