SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Üzeyir Hacıbəylinin ev-muzeyində Səid Rüstəmovun xatirəsi anılıb

Üzeyir Hacıbəylinin ev-muzeyində Səid Rüstəmovun xatirəsi anılıb

Bakı

Üzeyir Hacıbəylinin ev–muzeyində görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun anadan olmasının 119 – cu ildönümünə həsr olunmuş konsert keçirilib.

Yurd.Media xəbər verir ki, muzeyin elmi katibi Nərgiz Qədirova açılış nitqi ilə çıxış edərək bəstəkarın Azərbaycan musiqi mədəniyyətindəki xidmətlərindən və Üzeyir bəy ənənələrinin davam etdirilməsindəki rolundan bəhs edib.

Konsertdə S. Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri bəstəkarın zəngin irsini nümayiş etdiriblər.

Proqrama sənətkarın "Oxu tar", "Qaytağı", "Alagöz", "Şadlıq rəqsi" və "Azərbaycan" kimi tanınmış əsərləri daxil edilib.

Gənc ifaçıları Şəfəq Qafarova, Şəbnəm Mikayılova və Vüsalə Quliyeva kimi təcrübəli konsertmeystrlər müşayiət edib.

Xatırladaq ki, bəstəkar, dirijor və pedaqoq, Xalq artisti Səid Rüstəmov 12 may 1907 – ci ildə İrəvanda anadan olub. 10 iyun 1983 – cü ildə vəfat edən sənətkarın məzarı I Fəxri Xiyabandadır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları