SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Üzeyir Hacıbəylinin ev-muzeyində Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsert - FOTO

Üzeyir Hacıbəylinin ev-muzeyində Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsert - FOTO

Bakı

Üzeyir Hacıbəylinin ev-muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş konsert keçirilib.

Yurd.Media xəbər verir ki, konsert proqramı Arif Məlikov adına 11 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdləri tərəfindən təqdim olunub.

Məktəbin fortepiano ixtisası üzrə müəllimi Günel Əzizova çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqı, mədəniyyəti və incəsənəti qarşısındakı xidmətlərindən danışıb.

Şagirdlərin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib.

Sonda məktəbin direktoru Rasim Əliyev çıxış edərək konsertin təşkilində əməyi olan şəxslərə və qonaqlara təşəkkürünü bildirib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları