SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Dilimiz milli-mədəni kimliyimizin təməlidir üzrə seminar - FOTO

"Dilimiz milli-mədəni kimliyimizin təməlidir" üzrə seminar - FOTO

Bakı

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə "Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda silsilə seminarlardan ibarət layihə həyata keçirilir.

Yurd.media xəbər verir ki, layihə üzrə ilk seminar iyunun 11-də Azərbaycan Milli Kitabxanasında Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun iştirakı ilə təşkil olunub.

Tədbirdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisələrin İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları və digər şəxslər iştirak ediblər.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxışında "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyasının əhəmiyyəti haqqında söz açıb. Onun sözlərinə görə, sənəddə Azərbaycan dilinin inkişafı ilə bağlı konkret hədəflər müəyyən olunub.

MEMİM-in direktoru dosent Vüqar Hümbətov qeyd edib ki, layihənin məqsədi yeni mədəniyyət konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin möhkəmləndirilməsinə, mediada dildən düzgün istifadənin təbliğinə və bu sahədə savadlılığın artırılmasına dəstək olmaqdan ibarətdir.

Həmçinin Akademik Rafael Hüseynov "Azərbaycan Mədəniyyəti-2040” Konsepsiyasını zəruri edən məsələlərdən danışıb.

Rafael Hüseynov konsepsiyada yer alan Azərbaycan dili və milli-mədəni kimlik, yeni şəraitdə ana dilinin təbliği, mediada Azərbaycan dilindən istifadənin vəziyyəti və digər məsələlərdən ətraflı söz açıb.

Qeyd edək ki, alim sonda iştirakçıların suallarını cavablandırıb, fikir mübadiləsi aparılıb.

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları