SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Uşaqların süni intellektə baxışı - “Rəqəmsal rənglər”in SEHRİ İLƏ

Uşaqların süni intellektə baxışı - “Rəqəmsal rənglər”in SEHRİ İLƏ

  • 20 may 2025, 21:09
Bakı

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “NigART” Rəsm Məktəbinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Rəqəmsal rənglər” adlı rəsm sərgisi açılıb.

Yurd.Media xəbər verir ki, qonaqları salamlayan “NigART” Rəsm Məktəbinin direktoru Nigar Qurbanova sərgidə 42 uşağın əl işlərindən ibarət rəsmlərin nümayiş olunduğunu qeyd edib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov sərginin keçirilməsində məqsədin uşaqların süni intellekt, robotexnika və innovasiya mövzularına marağını artırmaq olduğunu bildirib. O, Ümummilli Lider Heydər Əliyevin təhsilə, incəsənətə və gənc nəslin inkişafına həmişə xüsusi diqqət ayırdığını vurğulayıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov rəsmlərdə süni intellektin müxtəlif sahələrdə tətbiqi imkanlarının şagirdlər tərəfindən uğurla təsvir edildiyini bildirib.

Sonda balaca rəssamlara sertifikatlar təqdim edilib.

Prime Leasing