SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları mövzusunda təlim keçirilib

"Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda təlim keçirilib

Bakı

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda təlim keçirilib.

Yurd.Media xəbər verir ki, 22 iyul – Milli Mətbuat Günü münasibətilə reallaşan təlimdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin media və kommunikasiya üzrə məsul əməkdaşları iştirak ediblər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova mədəniyyət və kommunikasiya məfhumları ilə bağlı fikirlərini bölüşüb. O bu sahədə müasir beynəlxalq təcrübədən danışıb, əsas tendensiyaları konkret faktlarla diqqətə çatdırıb.

Təlim gedişində media ilə ünsiyyət, rəqəmsal kommunikasiya strategiyaları və s. anlayışlar barədə də söhbət açılıb, qeyd olunan sahə üzrə fəaliyyət göstərən əməkdaşların diqqət yetirməli olduğu məqamlar vurğulanıb.

Mədəniyyət Nazirliyinin  media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova təlimin əhəmiyyətini yüksək qiymətləndirib. O bildirib  ki, informasiya cəmiyyətində mədəniyyət müəssisələrinin fəaliyyətinə dair mətbu məhsul hazırlanarkən çağdaş oxucunun tələbatı ilə yanaşı, aidiyyəti qurumun və ümumiyyətlə, dövlətin mədəniyyət siyasəti də nəzərə alınmalıdır.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Foto: Sadıq Əliverdibəyli

Prime Leasing