SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bakıda beynəlxalq rəqs festivalı keçirilib

Bakıda beynəlxalq rəqs festivalı keçirilib

  • 07 sentyabr 2025, 17:20
Bakı

Bakıda Azərbaycan Rəqs Şurası (AzDC) və SRDS Beynəlxalq Rəqs Şirkətinin (Smooth & Rhythm Dance Style) təşkilatçılığı ilə WADF Bədii Bal Rəqsləri (Smooth) üzrə dünya çempionatı və bütün WADF üslubları üzrə dünya kubokları keçirilib.

Yurdf.Media xəbər verir ki, turnirdə 14 ölkədən təmsil olunan rəqqaslar bədii rəqsin müxtəlif növlərini nümayiş etdiriblər. Tədbir boyu iştirakçılar öz ölkələrinin mədəniyyətini və rəqs ənənələrini təqdim edərək səhnədə rəngarəng və peşəkar çıxışlarla yadda qalıblar.

Festivalın sonunda iştirakçıların mükafatlandırma mərasimi keçirilib.

Prime Leasing