SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Bakıda “Pişiklər” mövzusunda Animasiya Festivalı - FOTO

Bakıda “Pişiklər” mövzusunda Animasiya Festivalı - FOTO

  • 03 sentyabr 2025, 22:53
Bakı

Bakıda “Pişiklər” mövzusunda növbəti Beynəlxalq Animasiya Festivalı start götürüb.

Yurd.Media xəbər verir ki, 8-ci “ANİMAFİLM” Festivalı Şirvanşahlar Sarayı Kompleksində Mədəniyyət Nazirliyi və Kino Agentliyinin, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə təşkil olunub.

Festivalın açılışının əsas hadisəsi Çexiya, Slovakiya, Sloveniya və Fransanın istehsalı olan “Sehrli bağdan nağıllar” (Tales from the magic garden) animasiya filminin nümayişi olub. Bu film artıq 75-ci Berlin Beynəlxalq Film Festivalında təqdim olunub.

Festivala 4 beynəlxalq və 1 yerli kateqoriya üzrə 62 ölkədən 317 film qeydiyyatdan keçib.

8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı çərçivəsində animasiya filmlərinin nümayişi, tədbirlər, ustad dərsləri, xarici və azərbaycanlı mütəxəssislərlə görüşlər, təqdimatlar və viktorinalar təşkil olunacaq.

Festival sentyabrın 7-dək davam edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları