SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Rasim Balayev Vətənə qayıdır

Rasim Balayev Vətənə qayıdır

  • 15 mart 2026, 21:49

"Rasim Balayevin müalicəsi yekunlaşır. Vəziyyəti normaldır”. 

Yurd.Media "Musavat.com"a istinadən xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.  

O bildirib ki, Xalq artisti Novruz bayramı ərəfəsində vətənə qayıdacaq:

"Övladları ilə əlaqə saxlayıram. Onlar müalicənin yaxşı getdiyini və yekunlaşmaq üzrə olduğunu deyirlər. Onun yaxın günlərdə vətənə geri dönməsi gözlənilir”.

Qeyd edək ki, Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev "Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılıb və hazırda müalicəsi orada davam etdirilir.

O, bir müddət əvvəl səhhətində yaranmış problemə görə əməliyyat olunmuşdu.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları