Azərbaycanda muzey əməkdaşları sertifikasiya imtahanlarına cəlb olunacaq. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzeyşünaslıq və turizm kafedrasının müdiri Yeganə Eyvazova Yurd.Media-ya bildirib ki, sertifikasiya kadr potensialının saflaşdırılması baxımından vacibdir.
Onun sözlərinə görə, xüsusilə region muzeylərində qeyri-peşəkar və orta təhsilli şəxslərin fəaliyyəti bu sahədə durğunluğa səbəb olur.
Ekspert hesab edir ki, imtahan sualları müasir tələblərə cavab verməli, proses isə universitetlə koordinasiyalı şəkildə aparılmalıdır.
Proses yalnız əməkdaşların bilik və bacarıqlarının yoxlanılması deyil, həm də illərdir mövcud olan kadr problemlərinin aradan qaldırılması məqsədi daşıyır.