Laçında Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçında xüsusi nümayəndəsi tərəfindən təşkil olunan “MDB-nin Mədəniyyət Paytaxtı 2025” ilinin bağlanış mərasimi keçirilib.
Yurd.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov öz çıxışında tədbirin Laçın şəhəri üçün əhəmiyyətindən danışıb. O bildirib ki, geriyə baxanda nə dərəcədə nəhəng bir yol keçildiyi aydın görünür.
Milli Məclisin deputatı, Parlamentin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu qeyd edib ki, mədəniyyət paytaxtları seçilərkən əsas diqqət paytaxt şəhərlərə deyil, ölkələrində böyük mədəni və tarixi maraq doğuran şəhərlərə yönəldilməlidir: “Qeyd etməliyəm ki, Laçının MDB-nin Mədəniyyət Paytaxtı statusuna namizəd göstərilməsi ideyası Prezident İlham Əliyevə məxsusdur və mən hamımız adından dövlətimizin başçısına dərin minnətdarlığımı bildirmək istəyirəm”.
Tədbir bədii proqramla davam etdirilib.
