SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Könüllülər Vətən müharibəsindəki qələbəni səhnələşdirdi - FOTO

Könüllülər Vətən müharibəsindəki qələbəni səhnələşdirdi - FOTO

Bakı

Vətən müharibəsində qazanılan tarixi qələbəni gənc nəsil arasında təbliğ etmək məqsədilə tədbir baş tutub.

Yurd.Media xəbər verir ki, “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər qoxulu 5 il” adlı tamaşa təqdim olunub.

Şəhriyar adına Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə agentliyin sədri Ülvi Mehdiyev, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov, şəhid ailə üzvləri, ASAN könüllüləri və digər qonaqlar iştirak ediblər.

25 ASAN könüllüsünün iştirakı ilə hazırlanan səhnə əsəri vətənpərvərlik ruhunu təbliğ etmək, şəhidlərin əziz xatirəsini yad etmək və tarixi Zəfərin əhəmiyyətini gələcək nəsillərə sənət dili ilə çatdırmaq məqsədi daşıyıb.

600-ə yaxın tamaşaçının iştirakı ilə keçirilən tədbirin sonunda könüllülər təltif edilib.

Bu günədək “Mədəniyyət Carçısı” proqramı çərçivəsində 100-dən çox səhnə əsəri nümayiş olunub, 650-dən artıq ustad dərsi keçirilib. Proqram gənclərin yaradıcılıq potensialının inkişafına və mədəni dəyərlərin təbliğinə mühüm töhfə verir.

Prime Leasing
SPE Annual Caspian