SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi söküləcək?

İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi söküləcək?

Bakı

Bakının Sovetski kimi tanınan ərazisində yerləşən "Əbilov klubu" kimi tanınan tarixi binanın taleyi ilə bağlı qərar verilib.

Yurd.Media "Xəzər TV"yə istinadən qeyd edir ki, sakinlər binanın qorunub-saxlanılmasının tərəfdarıdır.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin mətbuat xidmətinin rəhbəri Fariz Hüseynli bildirib ki, sözügedən bina daşınmaz tarixi mədəniyyət abidələrinin siyahısına daxil deyil. Buna baxmayaraq, həmin binanın tarixi və memarlıq əhəmiyyəti nəzərə alınaraq reyestrə daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən Edilməsi üzrə Ekspert Şurasının növbəti iclasında baxılıb və şura üzvləri tərəfindən müsbət qərar verilib. Sözügedən tikili ilə bağlı qanunvericiliyə uyğun olaraq rəy alınması üçün Azərbaycan Milli Elmlər Akademiyasına müraciət olunacaq, bundan sonra qanunvericiliyə uyğun olaraq digər tədbirlər həyata keçiriləcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, qeyd edilən ərazidə qanunvericiliklə nəzarətə götürülmüş heç bir tarixi abidə sökülməyəcək.