SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Görkəmli rəssam Tamilla Məmmədova vəfat edib

Görkəmli rəssam Tamilla Məmmədova vəfat edib

  • 09 iyun 2025, 22:32

Azərbaycanın dekorativ-tətbiqi sənətinin görkəmli nümayəndəsi, istedadlı rəssam, professor, pedaqoq Tamilla Şahbaba qızı Məmmədova vəfat edib.

Yurd.Media xəbər verir ki, Tamilla xanım ömrünü sənətə və təhsilə həsr edib, qobelen sənətində milli və Avropa ənənələrini birləşdirərək özünəməxsus üslub yaradıb.

Onun əsərləri beynəlxalq səviyyədə tanınıb, o cümlədən Şeremetyevo hava limanında, Heydər Əliyev adına Hava Limanında və “Azərbaycan” gəmisində nümayiş olunub.

Azərbaycan Rəssamlıq Akademiyasının ilk elmi katibi, yüzlərlə tələbənin sevimli müəllimi olmuş Tamilla xanım həm də əməkdar rəssam, mərhum vitraj ustası Ağa Saleh Nuriyevin həyat yoldaşı, Beynəlxalq Maliyyə Korporasiyasının ölkə rəhbəri Aliyə Əzimovanın anası idi.

Prime Leasing