SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Fuad Nəcəfli sənət adamları ilə görüşdü

Fuad Nəcəfli sənət adamları ilə görüşdü

  • 04 iyun 2025, 22:29
Naxçıvan

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikada fəaliyyət göstərən sənət adamları ilə görüşüb.

Yurd.Media xəbər verir ki, Fuad Nəcəfli memar Əcəminin yurdu olan qədim Naxçıvanda tarixboyu görkəmli incəsənət nümayəndələrinin yaşayıb fəaliyyət göstərdiyini bildirib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan sənətkarlıq məktəbinin izlərinə dünyanın bir çox yerlərində rast gəlinir. Qədim ənənələrə əsaslanan və yüksək estetik dəyərlərə malik zəngin sənət nümunələri ilə seçilən bu nadir irs yaşadılmalı və dünya miqyasında tanıdılmalıdır.

Səlahiyyətli nümayəndə görüş iştirakçılarının hər biri ilə fərdi söhbət aparıb, problemləri ilə maraqlanıb, təkliflərini dinləyib.

Prime Leasing