SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Gənc Tamaşaçılar Teatrının aktrisası vəfat edib

Gənc Tamaşaçılar Teatrının aktrisası vəfat edib

  • 24 yanvar 2026, 20:47

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

Yurd.Media xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Qeyd edək ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub.

Aktrisa 15-ə yaxın bədii filmə çəkilib.

2014-cü ildə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı, 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları