SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Azərbaycan fleyta ifaçısı Parisdə ən ali mükafatı alib

Azərbaycan fleyta ifaçısı Parisdə ən ali mükafatı alib

  • 26 iyun 2025, 19:53

Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq onlayn musiqi müsabiqəsində azərbaycanlı fleyta ifaçısı Ağarahim Quliyev yüksək mükafata layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yurd.Media-ya bildirilib ki, soydaşımız “Gabriel Fauré Dünya Musiqisi Müsabiqəsi”ndə ən ali mükafat – “Star Grand Prize” (Böyük Mükafat Ulduzu) ilə təltif edilib.

Hər il keçirilən bu müsabiqə dünyanın müxtəlif ölkələrindən olan tanınmış, peşəkar və istedadlı musiqiçiləri bir araya gətirərək, onların yaradıcılığını qiymətləndirir.

Builki müsabiqədə Ağarahim Quliyevin çıxışı münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib. Onun ifasında həm texniki ustalıq, həm də emosional dərinlik xüsusi vurğulanıb.

Prime Leasing