Türkiyənin Manisa bölgəsindən olan millət vəkili, yazıçı və aktyor Bahadır Yenişehirlioğlu Yunus Emre İnstitutunda “Hünkârım” kitabının təqdimatı və imza gününü keçirib.
Yurd.Media xəbər verir ki, 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan tədbir zamanı yazıçı çıxışı edərək tarixi bilmək və hadisələri anlamağın vacibliyini qeyd edib:
“Bugünü anlamaq, sosial, psixoloji və dövlətlərarası hadisələri başa düşmək üçün tarixi bilməyimiz vacibdir. Azərbaycanla Türkiyə arasında mütləq bir dostluq var. Biz bir-birimizi ayrı dövlətlər kimi görmürük, iki dövlət, bir millət olaraq simvolizə edirik”.
Yenişehirlioğlu, həmçinin Azərbaycan və Türkiyə arasındakı dostluq və mədəni əməkdaşlığın əhəmiyyətini də vurğulayıb:
“Ortaya qoyduğumuz sənət əsərlərində və mədəni fəaliyyətlərdə bu fəlsəfənin altını həmişə cızmışam. Azərbaycan bizim üçün çox önəmlidir. Buradakı qardaşlarımız bizim üçün çox dəyərlidir. Birliyimiz, həmrəyliyimiz və dostluğumuz hər iki xalqa çox şey qazandırıb”.
Yazıçı, Azərbaycanın haqq mübarizəsində Türkiyənin yanında olmasının iki ölkə arasındakı bağları daha da gücləndirdiyini vurğuladı.