SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Abbasqulu ağa Bakıxanovun doğulduğu ev uçmaq təhlükəsi ilə üz-üzə - FOTO

Abbasqulu ağa Bakıxanovun doğulduğu ev uçmaq təhlükəsi ilə üz-üzə - FOTO

Bakı

Azərbaycanın görkəmli mütəfəkkiri və ədibi Abbasqulu ağa Bakıxanovun doğulduğu ev qəzalı vəziyyətdədir.

Yurd.Media xəbər verir ki, Suraxanı rayonunun Əmircan qəsəbəsində, Əmir Nizaməddin küçəsində yerləşən ev yağış sularının təsirindən yararsız vəziyyətə düşüb. Tikilinin alt hissəsindəki daşlar uçaraq küçəyə tökülüb. Hazırda evin hər an dağılmaq təhlükəsi var.

Qəsəbə sakinləri evin vəziyyətindən narahat olduqlarını bildiriblər. Onların sözlərinə görə, problemin aradan qaldırılması istiqamətində bu günədək hər hansı tədbir görülməyib.

Qeyd edək ki, daha əvvəl Mədəniyyət Nazirliyi bildirmişdi ki, tikili tarixi abidə kimi dövlət qeydiyyatında deyil, yeni aşkar olunmuş abidə kimi qeydə alınıb və müvafiq siyahıya daxil edilməsi nəzərdə tutulur. Qurumdan o da bildirilib ki, qanunvericiliyə əsasən, ev şəxsi mülkiyyətdə olduğundan onun təmir-bərpa işləri mülkiyyətçinin vəsaiti hesabına həyata keçirilməlidir.

Evin fasadında Abbasqulu ağa Bakıxanovun barelyefi və onun bu evdə anadan olduğunu bildirən lövhə yerləşdirilib.

Xatırladaq ki, Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhərinin Əmircan kəndində anadan olub. O, 8 yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa və Balaxanı kəndlərində keçirib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları