SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Azərbaycan finala keçə bilmədi - YENİLƏNİB + VİDEO

Azərbaycan finala keçə bilmədi - YENİLƏNİB + VİDEO

  • 14 may 2025, 01:35

"Avroviziya-2025"in ilk finalçıları bəlli olub.

Yurd.Media xəbər verir ki, Azərbaycan təmsilçisi "Mamagama" qrupu final mərhələsinə adlaya bilməyib.

İlk finalçıları təqdim edirik:

1-Norveç

2-Albaniya

3-İsveç

4-İslandiya

5-Niderland

6-Polşa

7-San-Marino

8-Estoniya

9-Portuqaliya

10-Ukrayna

00:20

Azərbaycan təmsilçisi "Mamagama" qrupu İsveçrənin Bazel şəhərində keçirilən "Avroviziya - 2025" mahnı müsabiqəsində çıxış edib.

Yurd.Media xəbər verir ki, təmsilçi "Run with U" mahnısı ilə təmsil olunub.

Qeyd edək ki, müsabiqənin ilk yarımfinal mərhələsi keçirilib və Azərbaycan 10 nömrə altında çıxış edib.

Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.

Mahnı müsabiqəsinin qalibi isə mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.

13.05.2025. 23:15

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.

Yurd.Media verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.

Bu gün müsabiqənin ilk yarımfinal mərhələsi keçirilir və Azərbaycan 10 nömrə altında çıxış edir.

Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.

Mahnı müsabiqəsinin qalibi isə mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.

Qeyd edək ki, müsabiqədə Azərbaycanı "Mamagama" qrupu "Run with u" mahnısı ilə təmsil edir.