SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
“Avroviziya 2025” başlayır, Azərbaycan təmsilçisi çıxış edəcək

“Avroviziya 2025” başlayır, Azərbaycan təmsilçisi çıxış edəcək

  • 12 may 2025, 12:15

Bu gün İsveçrənin Bazel şəhərində “Avroviziya 2025” mahnı müsabiqəsinin ilk yarımfinalı başlayır.

Yurd.Media xəbər verir ki, müsabiqə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Azərbaycan təmsilçisi olan “Mamagama” qrupu yarımfinalın ikinci hissəsində 10 nömrə altında səhnəyə çıxacaq. Qrupun Asəf Mişiyev, Həsən Heydər və Arif İmanovdan ibarət üzvləri "Run with U" mahnısını ifa edəcəklər.

Qeyd edək ki, ikinci yarımfinal mayın 15-də, final isə mayın 17-də başa tutacaq.