Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin xərcləri 16,8 milyard manat təşkil edib ki, bunun da 11,65 milyard manatı cari, 4,2 milyard manatı əsaslı, 0,95 milyard manatı isə dövlət borcuna xidmət xərcləri olub.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Yanvar-iyun aylarında büdcədən sosialyönümlü xərclərə 8,8 milyard manat yönəldilib ki, bu da illik müqayisədə təxminən 12% çoxdur.