SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Ekspert: “Problemli kreditlərlə bağlı vəziyyət ciddiləşir”

Ekspert: “Problemli kreditlərlə bağlı vəziyyət ciddiləşir”

  • 30 iyul 2026, 10:16

Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyət ciddiləşir.

Yurd.Media xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.

“Bu ilin iyun ayında Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 2022-ci ilin yanvar ayından bəri (4 il 5 aydan sonra) ilk dəfə 700 milyon manatı keçib. Belə ki, iyulun 1-nə ölkədə 719,3 milyon manat problemli kredit olub. Söhbət aylıq ödənişi 30 gündən çox gecikən kreditlərdən gedir. Vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 2023-cü ilin sentyabr ayından bəri (2 il 9 aydan sonra) ilk dəfə 2%-i keçib”, - deyə o qeyd edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları