Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 23 830,6 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 18,2%-i qədər olub.
Maliyyə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 7,3% azdır.
Dövlət borcunun 4 616,8 milyon ABŞ dolları və yaxud 7 848,6 milyon manatı xarici (ÜDM-in 6%-i qədər), 15 982 milyon manatı isə daxili (ÜDM-in 12,2 %-i qədər) dövlət borcları təşkil edir. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 7,9% və 7% azdır.