SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Xalq Kapital ötən ilin maliyyə hesabatını verib

"Xalq Kapital" ötən ilin maliyyə hesabatını verib

  • 09 iyun 2026, 11:42

"Xalq Kapital İnvestisiya Şirkəti" QSC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, maliyyə qurumu ötən il 25 min manat xalis mənfəət əldə edib (əvvəlki ili 36 min manat xalis zərərlə başa vurmuşdu).

Bu ilin əvvəlinə "Xalq Kapital"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 2,8% çox – 1 milyon manat təşkil edib.

İnvestisiya şirkətinin öhdəlikləri cəmi 31 min manat (3,3% çox), balans kapitalı isə 1 milyon manat (2,7% çox), o cümlədən nizamnamə kapitalı 0,4 milyon manat (dəyişməyib) olub.

Qeyd edək ki, "Xalq Kapital" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır, səhmdarı 100 % "Xalq Bank" ASC-dir. İnvestisiya şirkətinin direktoru Fəridə Laçınovadır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları