SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
“Xalq Bank”a 5 milyon manat pul lazımdır

“Xalq Bank”a 5 milyon manat pul lazımdır

  • 24 dekabr 2025, 17:49

"Xalq Bank" ASC 5 milyon manatlıq istiqraz emissiyası elan edib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Bank istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib. 

Sənədə əsasən, hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın yerləşdirilməsi nəzərdə tutulur. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 2 il tədavüldə olacaq. Onlara illik 9% gəlirlilik vəd olunur. Faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-dir. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları