SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Vergi daxilolmaları 9%-ə yaxın artıb

Vergi daxilolmaları 9%-ə yaxın artıb

  • 06 avqust 2026, 16:44

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət büdcəsinə 11,5 milyard manat vəsait köçürüb. 

Bu barədə Yurd.Media-ya qurumdan bildirilib. 

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 8,6% çoxdur. 

Vergi daxilolmaları üzrə proqnoz 108% icra edilib. 

7 ayda vergilərin 8,5 milyard manatı qeyri-neft-qaz sektorundan toplanılıb. Bu isə illik müqayisədə 11,8%, proqnozdan isə 3,1% çoxdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları