Bu ilin yanvar-avqust aylarında “Troni İnvestisiya Şirkəti” QSC “Bakı Fond Birjası” QSC-də 192,8 milyon manatlıq əməliyyat aparıb.
Bu barədə Yurd.Media-ya Birjadan bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,6% azdır.
Həmin dövrdə investisiya şirkətinin birja dövriyyəsi 529,5 milyon manat təşkil edib.
Qeyd edək ki, “Troni İnvestisiya Şirkəti” QSC 2021-ci ildə təsis edilib. Şirkətin yeganə səhmdarı Səyavuş Səfiyev, direktoru Elmidar Şirinzadədir.