"Alpa" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbır verir ki, şirkət ötən il 4,6 min manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 4,4 dəfə azdır.
Bu ilin əvvəlinə "Alpa"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 7 dəfə çox – 0,8 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 0,6 milyon manat (36,1 dəfə çox), balans kapitalı isə 0,2 milyon manat (2,1 dəfə çox), o cümlədən nizamnamə kapitalı 0,2 milyon manat (41 dəfə çox) olub. "Alpa" 2019-cu ildə yaradılıb.
Sima İsmayılovaya məxsus bu şirkət Azərbaycanda ticarət və istehsalat avadanlıqları, həmçinin müxtəlif sənaye sahələri üçün həllər təqdim edir.