Bu il iyulun 1-nə Azərbaycan bankları 60,95 milyard manatlıq aktivlərə, o cümlədən 29,9 milyard manatlıq kredit portfelinə malik olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı bank icmalında bildirilir.
Sənədə əsasən, bunlar, ötən il iyulun 1-i ilə müqayisədə müvafiq olaraq 7,4% və 11,6% çoxdur.
Hesabat tarixinə bank sektorunun öhdəlikləri 53,3 milyard manat (7% çox), o cümlədən depozit portfeli 39,75 milyard manat (6,4% çox), balans kapitalı isə 7,65 milyard manat (10,1% çox) olub.