Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC İslam İnkişaf Bankı (IsDB) Qrupuna daxil olan Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə uğurlu tərəfdaşlığını davam etdirir.
Yurd.Media xəbər verir ki, beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə tərəflər arasında imzalanmış 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi çərçivəsində TuranBank növbəti mərhələ üzrə 2 milyon ABŞ dolları həcmində vəsaitin cəlb edilməsini uğurla başa çatdırıb. Bununla da, sözügedən saziş çərçivəsində hazırkı dövrədək cəlb edilmiş ümumi vəsaitin həcmi 5.5 milyon ABŞ dolları təşkil edib.
Cəlb olunan yeni maliyyə resursları ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin ticarət əməliyyatlarının dəstəklənməsinə, eləcə də idxal və ixrac proseslərinin maliyyələşdirilməsinə yönəldilir.
Saziş çərçivəsində nəzərdə tutulan layihələrin qısa müddət ərzində və ardıcıl şəkildə həyata keçirilməsi TuranBank-ın maliyyələşdirmə imkanlarını və kreditləşmə potensialını nümayiş etdirməklə yanaşı, beynəlxalq maliyyə institutlarının Bankın maliyyə dayanıqlılığına, şəffaf idarəetmə prinsiplərinə və institusional nüfuzuna göstərdiyi yüksək etimadın bariz nümunəsidir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır…