Azərbaycan Mərkəzi Bankı bu ilin I yarısının yekunları ilə bağlı bank icmalını açıqlayıb.
Yurd.Media xəbər verir ki, sənədə əsasən, yanvar-iyun aylarında banklar 716,3 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,2% çoxdur.
Hazırda ölkədə 22 bank var. Onlardan biri – “Bank BTB” ASC bir qədər əvvəl bank olmayan kredit təşkilatına çevrildiyini elan edib.