SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Rabitəbank” I rübdə 5 milyon manat mənfəət əldə edib

“Rabitəbank” I rübdə 5 milyon manat mənfəət əldə edib

  • 17 aprel 2026, 14:28

"Rabitəbank" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank yanvar-mart aylarında 5,1 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% çoxdur.

Bu il aprelin əvvəlinə "Rabitəbank"ın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 16,4% çox – 1 395,3 milyon manat, o cümlədən xalis kredit portfeli 8,6% çox – 922 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 1 258,8 milyon manat (17,6% çox), o cümlədən depozit portfeli 836,3 milyon manat (21,2% çox), balans kapitalı isə 136,5 milyon manat (6,8% çox), o cümlədən nizamnamə kapitalı 101,3 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları