"Qala Sığorta" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 11,9 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 19,8% azdır.
Bu ilin əvvəlinə "Qala Sığorta"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 3,6% çox - 90,1 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 60,9 milyon manat (9,3% çox), balans kapitalı isə 29,2 milyon manat (6,6% az), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (dəyişməyib) olub.