SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Qafar Dəmirçinin faktorinq şirkəti ötən ilin maliyyə hesabatını verdi

Qafar Dəmirçinin faktorinq şirkəti ötən ilin maliyyə hesabatını verdi

  • 24 iyun 2026, 14:34

Əsas səhmdarı (68%) Qafar Dəmirçi olan və Azərbaycanda faktorinq xidmətləri göstərən "Ferrum Kapital" QSC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, şirkət ötən il 3,8 milyon manat xalis mənfəət əldə edib. 

Bu, əvvəlki illə müqayisədə 39,6% çoxdur. 

Bu ilin əvvəlinə "Ferrum Kapital"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 2% çox - 77,2 milyon manat, o cümlədən kredit portfeli 25,7% az – 37,6 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 68,7 milyon manat (2,4% çox), balans kapitalı isə 8,4 milyon manat (1,1% az), o cümlədən nizamnamə kapitalı cəmi 2 min manat (dəyişməyib) olub. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları