Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin 6,5% saxlanılmasına qərar verib.
Qurumdan Yurd.Media-ya bildirilib ki, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5 % saxlanılıb.
"Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonunda sabitləşməsi, geosiyasi vəziyyət, qlobal maliyyə bazarlarında meyillər və ölkədaxili makroiqtisadi mühit nəzərə alınıb", - deyə AMB bəyan edib.
Bu arada, AMB 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın ictimaiyyətə açıqlanması və bununla bağlı mətbuat konfransının keçirilmə tarixi avqustun 5-dən iyulun 31-nə dəyişdirilib. Ekspertlərlə görüşün də həmin gün təşkil olunması nəzərdə tutulub.