SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
PAŞA Maliyyə Holdinqi  Türkiyədəki Bankda 72%-ə qədər paya sahib olacaq

"PAŞA Maliyyə Holdinqi" Türkiyədəki Bankda 72%-ə qədər paya sahib olacaq

  • 03 avqust 2026, 19:51

PAŞA Maliyyə Holdinqi PAŞA Yatırım Bankında birbaşa 71,75% paya sahib olacaq.

Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən “PAŞA Bank Türkiyə”nin (PAŞA Yatırım Bankı) əsas səhmdarı dəyişəcək.

Məlumata görə, Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) “PAŞA Holdinq”ə məxsus bankın səhmlərinin “PAŞA Maliyyə Holdinqi”nə ötürülməsinə razılıq verib.

Əməliyyat başa çatdıqdan sonra “PAŞA Holdinq”in bankdakı birbaşa 71,75%-lik payı “PAŞA Maliyyə Holdinqi”nə keçəcək. 

BDDK, həmçinin “PAŞA Bank”da “PAŞA Holdinq”ə məxsus 56,82%-lik payın da “PAŞA Maliyyə Holdinqi”nə ötürülməsini təsdiqləyib.

Beləliklə, PAŞA Maliyyə Holdinqi təkcə PAŞA Yatırım Bankında birbaşa 71,75% paya deyil, həm də PAŞA Bank vasitəsilə banka dolayı paya sahib olacaq. Nəzərə alsaq ki, PAŞA Bank “PAŞA Yatırım Bankı”nın 28,21%-lik səhmdarıdır, bu payın bir hissəsi də dolayı yolla PAŞA Maliyyə Holdinqinin nəzarətinə keçəcək. Nəticədə holdinqin PAŞA Yatırım Bankındakı ümumi (birbaşa və dolayı) payı 87,78%-ə çatacaq. 

Qeyd edək ki, BDDK-nın qərarı iyulun 29-da banka təqdim edilib. Bank bildirib ki, səhmlərin ötürülməsi ilə bağlı əməliyyatlar bütün zəruri prosedurlar tamamlandıqdan sonra həyata keçiriləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları