SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
“PAŞA Kapital”ın vəzifəli şəxsi cərimə ödəməli olacaq

“PAŞA Kapital”ın vəzifəli şəxsi cərimə ödəməli olacaq

  • 18 mart 2026, 18:02

“PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsi 600 manat cərimə ödəməli olacaq.

Yurd.Media xəbər verir ki, buna səbəb onun iş yerini Azərbaycan Mərkəzi Bankının (AMB) hədəfinə gətirməsidir.

Tənzimləyici qurum müəyyən edib ki, “PAŞA Kapital”da “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası"na əməl etmirlər.

Odur ki, İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən investisiya şirkətinin vəzifəli şəxsi cərimələnib.

Bununla belə, aşkarlanmış nöqsan və çatışmazlıqlar maliyyə qurumunun kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etməyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları