“PAŞA Bank” ASC bu il mayın 25-də elan etdiyi kimi səhmdarlarına 107 milyon manat dividend ödəməyə qərar verib.
Bankdan Yurd.Media-ya verilən məlumata görə, bununla bağlı qərar səhmdarların növbəti ümumi yığıncağında qəbul olunub.
Bununla belə, səhm sahiblərinə dividend 2 mərhələdə - hər dəfə 53,5 milyon manat olmaqla ödəniləcək.
Bu il dividend alanların sayı kəskin artıb. Belə ki, Bank yenicə 51,3 milyon manatlıq faizli, sənədsiz, adlı səhmlər yerləşdirib. Yeni səhmləri 17 960 investor alıb.
Son nəticədə Bankın nizamnamə kapitalı 354,5 milyon manatdan 373,2 milyon manata, səhmdarlarının sayı isə 4 491 dəfə artaraq 4-dən 17 964-ə yüksəlib.